Bakıda I “Turan” Kitab Festivalı keçiriləcək. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az festivalın rəsmi səhifəsinə istinadən xəbər verir.
2023-cü ilin ilk kitab festivalında ölkənin əksər nəşriyyatları, eləcə də onlarla kitab mağazaları iştirak edəcək. Burada, həmçinin uşaqlar üçün əyləncə meydançaları, eləcə də master-klaslar keçiriləcək.
Bundan əlavə, festivalda xarici və yerli yazıçıların iştirakı da gözlənilir.
Tədbir 11-15 yanvar tarixlərində hər gün saat 10:00-19:00 arası keçiriləcək. Giriş sərbəstdir. Ünvan: Nigar Rəfibəyli küçəsi, 20, “Passage 1901”.