Bakı məktəblərində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş məşğələlər keçiriləcək. Bu haqda bu gün, 16 yanvar tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi əmr imzalayıb.
Məktəblər konfransların, seminarların, mühazirələrin və dəyirmi masaların təşkilini təmin edir. Bundan əlavə, təhsil müəssisələrində rəsm, fotoşəkil və kitabların, ədəbi-bədii kompozisiyaların sərgiləri keçiriləcək.