Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə Azərbaycan dili fənni üzrə monitorinq keçirilib. Bu haqda bu gün, 23 oktyabr tarixində Bakuplus.az BŞTİ-yə istinadən məlumat verir.
Yoxlamalar yazılı formada aparılıb. Şagirdlərə 16 tapşırıq verilib. Sualların cavablandırılması üçün 45 dəqiqə vaxt təyin olunub.
Monitorinqin məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.
Nəticələr məktəblərə təqdim ediləcək, mövcud problemlərin həlli yolları üçün müvafiq tövsiyələr veriləcək.