Bakıda 3-9-cu siniflərdə buraxılış fənləri üzrə monitorinqlər aparılıb. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Monitorinq hər sinifdə bir dəfə, 9-cu sinifdə isə dörd dəfə keçirilib. Nəticələr həm bal şəklində, həm də məzmun təhlili formasında təhsil müəssisələrinə təqdim edilib.
Yekun fənlər üzrə aparılan monitorinqin əsas məqsədi proqram materiallarının mənimsənilməsi göstəricilərini müəyyən etməkdir.