Bakı Tərəqqi Liseyinin şagirdi beynəlxalq yarışda Azərbaycanı təmsil edib. Bu haqda BakuPlus.az 16 noyabr tarixində xəbər verir.
10B sinif şagirdi Əfsanə Vəliyeva beynəlxalq səviyyəli riyaziyyat olimpiadasında medal qazanıb.
Dərslərində yüksək nəticə göstərən, müxtəlif müsabiqə və bilik yarışlarının qalibi olan Əfsanə Vəliyeva bu dəfə ABŞ-də Fermat Beynəlxalq Riyaziyyat Olimpiadası FMO-da uğurlu nəticə göstərərək bürünc medal əldə edib.
[caption id="attachment_79342" align="alignnone" width="640"]
Foto Tərəqqi texniki-humanitar liseyinin Facebook səhifəsi[/caption]