Bu ilin yanvar-iyun aylarında Bakı və Abşeronda 40 km qaz xətti çəkilib. Bu haqda bu gün, 23 dekabr tarixində Apa.az məlumat verib.
Bu barədə "Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində bildirib. Şöbə rəisi vurğulayıb ki, paytaxt ərazisində qazlaşmamış böyük yaşayış massivləri, demək olar ki, yoxdur. Qalan xırda yaşayış massivlərinin isə qazlaşma prosesi davam etdirilir.