Nizami rayonunda ağacların dibi daşlarla örtülüb. Bu haqda 28 fevral tarixində Bakuplus.az-a məlumat daxil olub.
Rüstəm Rüstəmov küçəsində ağacların dibi tamet daşlarla örtülüb. Sakinlərin sözlərinə görə, ərazidə bərpa işləri aparılıb, lakin təmirdən sonra qalan daşlar ağacların ətrafına tökülüb.
Bu hal ağacların suvarması və aqrotexniki qulluq üçün çətinlik yaradır.