Bakının Nəsimi rayonunda avtoxuliqanlıq hərəkətləri edən sürücü tutulub. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
“Tofaş Şahin” markalı, 10-РВ-709 dövlət nömrə nişanlı avtomobilin sürücüsü “Memar Əcəmi” metrosu yaxınlığında avtoxuliqanlıq edib. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Fərid Mirzəmmədovu saxlayıblar. Toplanmış materiallar Nəsimi rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, Fərid Mirzəmmədov ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozduğu üçün bir il müddətinə sürücülük hüququ məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə edilib.