Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Satış yarmarkasında 40 müxtəlif regiondan dəvət olunan fermerlər 90-dan çox çeşiddə yerli kənd və qida məhsullarını satışa çıxaracaqlar. Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək.
Yarmarka 16-17 dekabr tarixlərində Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yanı) baş tutacaq.