Bakının Həsən Əliyev küçəsinin bir hissəsində asfalt çöküb. Bu haqda bu gün, 16 yanvar tarixində Baku.ws məlumat verib.
Yolun çökməsinə səbəb son aylarda yağıntıların çox olması qeyd edilir. Həmçinin pik saatlarda yolda mütəmadi olaraq tıxaclar müşahidə olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmisi Anar Nəcəflinin sözlərinə görə, qurumun əməkdaşları əraziyə baxış keçiriblər, problem aradan qaldırılacaq.