Bakının bəzi rayonlarında “Azersu” ASC tərəfindən təmir-bərpa işləri aparılır. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az məlumat verir.
Yasamal rayonunda F. İbrahimbəyov küçəsində yeni tikilən “Nizami City” yaşayış kompleksinin yaxınlığında su boruları çəkilir. Əraziyə ağır texnika da cəlb olunub. Küçənin bir hissəsi müvvəqəti olaraq bağlanıb.
Səbail rayonu, Ş.Ələkbərova 7 küçəsi ünvanında isə həmin qurum tərəfindən kanalizasiya boruları dəyişilir. Sakinlərin sözlərinə görə, borular bir müddət ərzində tıxanmış vəziyyətdə qalmışdır, çirkab sular isə küçəyə axmışdır.
[URIS id=32049]