Azərbaycan Milli İncəsənət Muzeyində noyabrın 24-də "Muzey kolleksiyasında MA konsepsiyası" adlı mühazirə keçiriləcək. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az xəbər verir.
Mühazirəni yaponiyalı rəssam, tədqiqatçı və alim Meymi Takahaşi keçirəcək. MA anlayışı struktur hissələr və/və ya intervallar arasındakı boşluq, yaponların zen ideyaları və "çayın yolu" ayini ilə bağlıdır.
Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı yapon ənənəvi qravürləri və kalliqrafiya, memarlıq və incəsənətə ənənəvi yapon nöqtəyi-nəzərindən baxmağın yolları haqqında söhbət aparılacaq.
Mami Takahaşi Tokio əsilli multidisiplinar rəssam, tədqiqatçı və alimdir. Takahaşi magistr dərəcəsini Amerika Birləşmiş Ştatlarında yerləşən Portlend Dövlət Universitetində Müasir incəsənət təcrübəsini qazanıb.
Tədbir saat 14:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi və Ta(r)dino İncəsənət Platformasının təşkilatçılığı ilə baş tutacaq.
Mühazirəyə giriş sərbəstdir.