top
Paytaxtda piyadaların həyatına kim təhlükə yaradır? – VİDEO
21 dekabr 2023, 03:26
- ↺ +

Paytaxtda piyadaların həyatına kim təhlükə yaradır? – VİDEO

Piyada yollarının olmaması vətəndaşların gediş-gəlişinə maneə olmaqla yanaşı, həm də böyük təhlükə mənbəyidir. Belə ki, piyada yolundan istifadə edə bilməyən vətəndaşlar magistral yolun kənarı ilə getmək məcburiyyətində qalırlar və bu da bəzən ölümlə nəticələnir. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az AzTV-yə istinadən məlumat verir.

Piyada yolları, xüsusilə fiziki məhdudiyyətli insanlar üçün olduqca vacibdir. 12 ildir həyatı fiziki məhdudiyyətlə davam edən Aytac Həziyevanın hərəkətini çətinliyə salan piyada yollarının olmamasıdır.

“Piyada yollarının olmaması həm fiziki məhdudiyyətli insanlar üçün, həm eşitmə məhdudiyyətli insanlar üçün, xüsusilə də yeriyən insanlar üçün çox böyük problemdir. Bir çox yerlərdə piyada yolu olmur, ona görə də biz avtomobil yolundan keçirik. Bu da çox böyük qəzalara səbəb olur. Mənim fiziki məhdudiyyətli olmağım mənim xəyallarıma, həyatıma əngəl deyil, amma bu şəraitsiz yollar, təəssüf ki, bizim gündəlik həyatımıza böyük maneə olur”, – deyə gənc xanım şikayətini bildirib.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, dünya təcrübəsində mikromobillik vasitələrin, piyada infrastrukturunun inkişafı birinci mərhələdə görülür, yəni şəhər insana uyğun qurulur. İnsanın daha rahat hərəkət etməsi üçün piyada, velosiped, skuterlə hərəkət etmə, ayrılmış avtobus zolağı ilə hərəkət edən ictimai nəqliyyatın təşkili kompleks şəkildə olmalıdır. Amma ilk mərhələdə məhz piyada infrastrukturu daha tez və daha az xərclə başa gələn həldir.

Səkilər avtomobil yolları tikilərkən əvvəlcədən nəzərə alınır, razılaşdırılır və icrasına başlanılır. Nəzarət isə vaxtilə BNA-da idi. BNA-nın səlahiyyətləri hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində olduğu üçün sözügedən qurumdan bildirildi ki, piyada yollarına nəzarət qurumun səlahiyyətlərinə daxil deyil. Məsuliyyəti hansı qurumun daşıdığı hələ ki açıq sualdır.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
Dünən, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
Dünən, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
Dünən, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
Dünən, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
Dünən, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
Dünən, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
Dünən, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
Dünən, 12:55

288 müəllim iş yerini dəyişir

Xəbər
Dünən, 12:26

Böyükşor gölündəki yaşıl rəngin səbəbi YOSUNLAR İMİŞ - RƏSMİ

Xəbər
Dünən, 12:20

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
Dünən, 11:34

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Xəbər
Dünən, 10:31

"Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm" - Tanınmış aktyor

Xəbər
Dünən, 09:45

Maştağa və Buzovnada qaz kəsiləcək

Xəbər
24 sentyabr 2026, 18:00

Bakıda övladlarından imtina edən kişi həbs olundu

Xəbər
24 sentyabr 2026, 17:03

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi - FƏRMAN

Xəbər
24 sentyabr 2026, 16:07

Abadlaşdırılan həyətdə təhlükə: İki azyaşlını cərəyan vurub

Xəbər
24 sentyabr 2026, 15:53

Güləşçini qətlə yetirmişdi, həbsdə öldü

Xəbər
24 sentyabr 2026, 14:56

Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu

Xəbər
24 sentyabr 2026, 13:50

Bakıda kişi sükan arxasında öldü

Xəbər
24 sentyabr 2026, 12:55

Bakıda qonşusunu bıçaqla ürəyindən vuraraq öldürmək istəyən şəxsə AĞIR CƏZA

Xəbər
24 sentyabr 2026, 12:05

51 min manatlıq kombi oğurladılar, tutuldular

Xəbər
24 sentyabr 2026, 11:30

Suraxında xüsusi əməliyyat: saxlanılan var - VİDEO

Xəbər
24 sentyabr 2026, 10:52

Azərbaycanda cazın inkişafında mühüm rol oynayan Nuri Əhmədov vəfat edib

Oxşar xəbərlər