Noyabrın 23-də Bakıda ilk dəfə "Psixologiya, Loqopediya" festivalı keçiriləcək. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az ASAN Radio-ya istinadən məlumat verir.
Paytaxtda fəaliyyət göstərən mərkəzlər və mütəxəssislər öz işlərini ictimaiyyətə təqdim edəcəklər.
Festival saat 11:00-da başlayaraq gün ərzində davam edəcək.
Psixoloq və loqopedlər ehtiyacı olan insanlara ödənişsiz xidmət göstərəcəklər. Tədbirə millət vəkilləri, tanınmış ictimai xadimlər də dəvət olunublar.
Festival "Pasha Holding"in sponsorluğu ilə, həmçinin Azərbaycan Autizm Assosiasiyası və "Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə keçirilir.
Ünvan: Bakı Dəmiryol Vağzalının ikinci mərtəbəsi. Əlaqə telefonu: +994777420075.