“Nizami” Kino Mərkəzində dekabrın 2-də Türk Dünyasının Yumor Festivalı təşkil olunacaq. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstanın yumor dünyasının nümayəndələri iştirak edəcəklər.
Tədbirdə yumor ustaları “stand-up” janrında çıxışlar edəcəklər və sonda münsiflər heyətinin qiymətləndirməsinə əsasən, ölkələrdən biri qalib seçiləcək.
Yumor festivalı Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Yaradıcı həftə” çərçivəsində baş tutacaq.