Dekabrın 16-da növbəti “Tullantıları tingə dəyiş” aksiyası Əhmədli qəsəbəsində keçiriləcək. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az xəbər verir.
Aksiya saat 15:00-da Neapol dairəsi yaxınlığında yerləşən “Araz” supermarketində baş tutacaq.
Sakinlər ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.