Heydər Əliyev Sarayında məşhur “anime” cizgi filmlərinin musiqilərindən ibarət yeni konsert təşkil olunacaq. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Qazaxıstandan olan “Tynda.music” orkestr qrupu tərəfindən “Naruto”, “Attack on Titan”, “Death Note” və digər tanınmış “anime” seriyalarından musiqilər təqdim olunacaq.
Konsert oktyabrın 25-də saat 19:00-da keçiriləcək. Biletlərin qiyməti 25-120 manat arasında dəyişir. Biletləri şəhərin kassalarından və onlayn əldə etmək olar.