Dekabrın 23-də Türkdilli dövlətlər arasında “Üzgüçülük hamı üçün” yarışı baş tutacaq. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Yarışda 9 yaşdan yuxarı olan hər kəs iştirak edə bilər. Mübarizə 14 fərqli yaş kateqoriyasında keçiriləcək. Seçilən iştirakçılar 2024-cü ildə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.
Tədbirdə iştirak üçün swimming.smartscoring.com saytına daxil olaraq dekabrın 20-nə qədər ərizə formasını doldurmaq lazımdır. Yarış Bakı və Abşeronla yanaşı, ölkənin 31 şəhər və rayonlarında keçiriləcək.
[caption id="attachment_123420" align="alignnone" width="640"]
Foto Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi[/caption]