Bakıda noyabrın 5-də gənc yazıçı Naiq Babayevin “Kor nöqtə” kitabının müzakirəsi və imza günü keçiriləcək. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Libraff.az-a istinadən xəbər verir.
Müzakirə saat 15:00-da “Libraff” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında baş tutacaq.
Tədbirə giriş sərbəst olacaq. Ünvan: Hüseyn Cavid pr., 100 (“Elmlər Akademiyası” m/s-nın əsas girişi ilə üzbəüz).