Beynəlxalq Muğam Mərkəzində noyabrın 8-də konsert olacaq. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az Beynəlxalq Muğam Mərkəzinin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
Zəfər Gününə həsr olunmuş konsertdə Əməkdar artistlər Təyyar Bayramov, Arzu Əliyeva, Bəyimxanım Vəliyeva və xanəndə Hüseyn Məlikov çıxış edəcəklər.
Səhnədə onları Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Vasif Yusibli (ud), Amil Mustafayev (nağara), Rafael Əsgərov (balaban) müşayiət edəcəklər.
Tədbir saat 16:00-da baş tutacaq. Konsertə giriş sərbəstdir.