Bakıda “Peşələri tanıyaq” layihəsi çərçivəsində uşaqlar dizayner Rəsul Həsənlə görüşəcəklər. Bu haqda bu gün, 19 noyabr tarixində Bakuplus.az məlumat verir.
Görüş 27 noyabr saat 15:00-da “Libraff” mağazasının "Park Akademiya" filialında keçiriləcək.
Layihənin məqsədi uşaqlarda peşələr haqqında daha aydın təsəvvür formalaşdırmaq və suallarını birbaşa həmin sahənin mütəxəssislərinə ünvanlamaq imkanı yaratmaqdır.
Görüşdə 9-14 yaş arasında (4-9-cu siniflərdə oxuyan) uşaqlar iştirak edə bilərlər.
Tədbirdə iştirak ödənişsizdir, qeydiyyat mütləqdir.
Qeydiyyat üçün son tarix: 26 noyabr, saat 18:00-dək.
Ünvan: ˝Libraff˝ kitab mağazaları şəbəkəsinin ˝Park Akademiya˝ filialı, Hüseyn Cavid prospekti, 100, ˝Elmlər Akademiyası˝ m/s-nın əsas girişi ilə üzbəüz.