top
Polietilen torbalarla bağlı qadağalar nə qədər effektivdir?
14 fevral 2024, 09:30
- ↺ +

Polietilen torbalarla bağlı qadağalar nə qədər effektivdir?

Marketlərdə polietilen paketlərlə bağlı qadağalar effektivdirmi? Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.

Artıq 1 ildir ki, qalınlığı 15-50 mikron olan polietilen torbalar əhaliyə 3-5 qəpiyə satılır. Məqsəd ekologiyanın çirklənməsinin qarşısını almaq idi. Atılan addımlar öz töhfəsini verirmi?

Mütəxəssis Emin Ələkbərlinin sözlərinə görə, marketlərdə artıq əvvəlki kimi, ehtiyac oldu-olmadı əl atıb paket götürənlər azalıblar. Bu da atılan addımların effektiv olduğunu göstərir.

Satıcılar isə bunun tam tərsini deyirlər. Onlar müştərilərin 80-85%-nin paket aldıqlarını vurğulayırlar.

“Gün ərzində 600-650 arası müştəri yola salırıq. Onların əksəriyyətinə paket veririk”, – deyə satıcılar bildirirlər.

Mütəxəssislərin fikrincə müştərini polietilen torbalardan çəkindirmək üçün ticarət mərkəzləri də səy göstərməlidir.

“Öncə təbliğat-təşviqat məsələlərinə daha ciddi yanaşmalıyıq. Deyək ki, marketdə həmin o paketlə yan-yana kağız paket də qoyula bilər, hər hansısa reklamlar etmək lazımdır, bir yazı yazmaq lazımdır, bir şəkil qoymaq lazımdır”, – deyə Emin Ələkbərli qeyd edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin mütəxəssisi isə deyir ki, bəzi alıcıların və satıcıların ifadələri əsas götürülmür. Əsas olan aparılan araşdırmaların nəticələri və konkret statistikadır:

“Polietilen torbaların satışında əhəmiyyətli dərəcədə azalmalar müşahidə olunur. Bu, təqribən 50%-ə qədər azalmalar deməkdir. Bundan əlavə, rəqəmlərin azalması ticarət şəbəkəsinin sayının artmasına baxmayaraq, istehlak bazarının həcminin artmasına baxmayaraq, bu fonda müşahidə olunur”.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
Bu gün, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
Bu gün, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
Bu gün, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
Bu gün, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
Bu gün, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
Bu gün, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
Bu gün, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
Bu gün, 12:55

288 müəllim iş yerini dəyişir

Xəbər
Bu gün, 12:26

Böyükşor gölündəki yaşıl rəngin səbəbi YOSUNLAR İMİŞ - RƏSMİ

Xəbər
Bu gün, 12:20

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
Bu gün, 11:34

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Xəbər
Bu gün, 10:31

"Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm" - Tanınmış aktyor

Xəbər
Bu gün, 09:45

Maştağa və Buzovnada qaz kəsiləcək

Xəbər
Dünən, 18:00

Bakıda övladlarından imtina edən kişi həbs olundu

Xəbər
Dünən, 17:03

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi - FƏRMAN

Xəbər
Dünən, 16:07

Abadlaşdırılan həyətdə təhlükə: İki azyaşlını cərəyan vurub

Xəbər
Dünən, 15:53

Güləşçini qətlə yetirmişdi, həbsdə öldü

Xəbər
Dünən, 14:56

Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu

Xəbər
Dünən, 13:50

Bakıda kişi sükan arxasında öldü

Xəbər
Dünən, 12:55

Bakıda qonşusunu bıçaqla ürəyindən vuraraq öldürmək istəyən şəxsə AĞIR CƏZA

Xəbər
Dünən, 12:05

51 min manatlıq kombi oğurladılar, tutuldular

Xəbər
Dünən, 11:30

Suraxında xüsusi əməliyyat: saxlanılan var - VİDEO

Xəbər
Dünən, 10:52

Azərbaycanda cazın inkişafında mühüm rol oynayan Nuri Əhmədov vəfat edib

Oxşar xəbərlər