Bakıda polis əməkdaşları velosipedçilərə işıqqaytarıcı jiletlər paylayıblar. Bu haqda bu gün, 24 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən paytaxt ərazisində moped və velosiped idarə edən şəxslərə jiletlər hədiyyə edilib, onlarla maarifləndirici söhbətlər aparılıb.
Aksiyanın keçirilməsində məqsəd yol-nəqliyyat hadisələrinin qarşısının alınmasıdır.
[URIS id=84543]