Səbail rayonunda polis maska ilə bağlı reyd keçirib. Bu haqda 2 aprel tarixində Avtosfer.az xəbər verib.
Reyd zamanı nəqliyyat vasitələrində maskadan istifadə etməyən vətəndaşlarla profilaktik söhbətlər aparılıb. Avtobus sürücülərinə xəbərdarlıq olunub ki, karantin qaydalarını pozan sərnişinləri avtobusa buraxmasınlar. Həmçinin taksi sürücüləri də bu barədə məlumatlandırılıblar.
Qaydaları pozan şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsinə əsasən, inzibati tənbeh tədbiri tətbiq olunur.