top
Psixoloq: “Soyuq silahdan istifadə edən yeniyetmələr valideynləri unutduğu uşaqlardır” – AÇIQLAMA
21 sentyabr 2024, 04:00
- ↺ +

Psixoloq: “Soyuq silahdan istifadə edən yeniyetmələr valideynləri unutduğu uşaqlardır” – AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər yeniyetmələr arasında qeyri-etik davranış hallarında artım müşahidə edilir. Həmyaşıdlar bir-biriləri ilə mübahisə edən zaman soyuq silahlara əl atırlar. Bunu da yeniyetmə oğlanların kriminal aləmə, “avtoritet” sayılan şəxslərə böyük maraq bəsləmələri ilə əlaqələndirmək mümkündür. Onlar həmin şəxsləri qəhrəman kimi görürlər. Və buna görə, özləri də onlar kimi olmağa can atırlar.

Bəziləri isə cəmiyyətdə cinayətkar aləmə, avtoritetlərə marağın gücə olan heyranlıqdan doğurduğunu deyirlər. Bu səbəbdən də evdə sıxışdırılan, təzyiq görən oğlan uşaqları kriminal aləmə meyillənirlər. Bir çoxları tərəfindən də qeyd olunur ki, gənclərə mədəniyyət doğru şəkildə aşılanmadığından bu kimi hallar aşılanır.

Mövzu ilə bağlı BakuPlus.az-a açıqlama verən psixoloq Gülər Məmmədovanın sözlərinə görə, həyatında müəyyən boşluqları olan şəxslərin davranışlarında daha çox bu kimi problemlər olur:

“Yeniyetmələrin bir böhran dönəmləri olur. Həmin zamanda özlərini böyük şəxslərə bənzətmək istəyirlər. Özlərini yaşından böyük aparan zaman müəyyən davranışlar sərgiləyirlər.

Tərbiyə prosesində müəyyən boşluqları olan, ata-ana tərəfindən problem yaşayan, öz davranışlarını tənzimləməyi bacarmayanlar həyatlarında baş verən situasiyalara cavab tapa bilmirlər. Onların psixiki inkişafında valideynin rolu az olur və ya övladlarına vaxt ayıra bilmirlər. Tərbiyə prosesində o uşaqları unudurlar. Uşaqlar da öz ağılları və doğruları ilə böyüyürlər”

Psixoloq qeyd edib ki, bəzi yeniyetmələr özünü söz ilə müdafiə edə bilmədiyi üçün soyuq silaha əl atırlar:

“Bəziləri özünü müdafiədə ilk addım atmaq istəyir. Fikrini söz ilə ifadə edə bilmədiyi üçün soyuq silaha əl atırlar. Bunun nəticəsindən heç qorxmur da. Ailəsindən düzgün tərbiyə almadığı üçün o, müəyyən davranışlarda müdafiə mexanizmini bu yola üz tutmaqda görür. Onlar özlərini hansısa aktyora da bənzədə bilərlər. Bu kimi yeniyetmələr özlərini təsdiq etməyə çalışırlar.

Müəyyən davranış pozuntusundan əziyyət çəkən uşaqlar var ki, onlar əslində daxildə elə də üsyankar deyil. Onlarla psixoloji mövzuda söhbətlər aparılsa, dərinə getsək, görərik ki, çox mərhəmətli və yaxşı uşaqlardırlar.

Özlərini təsdiq etmək istəyirlər. Kimisə qorxutmaq, seçilmək istəyirlər. Ona görə də “kriminal aləmə” maraq edirlər. Onlar fərqli görünmək istəyirlər. Sanki kişilik nümayiş etdirirlər”.

“Təəssüf olsun ki, bu  yeniyetmələr valideynlərin müəyyən mənada yaddan çıxardığı uşaqlardır. İnsanlar heyvanlara belə ziyan verməməlidir, nəinki həmcinsinə.  Heyvanlara belə mərhəmətli yanaşmalıdırlar. Lakin bəzi insanlar insanın canını acıtmaqdan həzz alırlar. Bu da ona işarədir. İnsanlara həqiqətən sevgi düzgün aşılanmayıb”, - deyə G.Məmmədova əlavə edib.

Son xəbərlər

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Oxşar xəbərlər