top
Pullu parkinqdən yayınan sürücülər məhəllələri zəbt edirlər - VİDEO
25 iyul 2024, 06:17
- ↺ +

Pullu parkinqdən yayınan sürücülər məhəllələri zəbt edirlər - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Nəsimi rayonu 3-cü mikrorayondakı Cavadxan, 24 ünvanında yaşayan sakinlər yolun hər iki tərəfində yaranan sıxlıqdan şikayət edirlər. Tıxaclar artıq ara məhəllələrdə də başlayıb. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az AZTV-yə istinadən məlumat verir.

Əvvəllər günün pik saatlarında yaranan vəziyyətin indi konkret saatı bəlli deyil, ərazidə rahat hərəkət olduqca çətinləşib. Sakinlər deyirlər ki, avtomobillərin sayına görə, nə keçmək olur, nə də dayanmaq, üstəlik yolun sağ və sol tərəfində dayanma-durmanı qadağan edən nişanlar da yoxdur.

Sadalanan problemlərə paytaxtın digər bir ərazisində də rast gəlinir. Nizami rayonu 8-ci km bazarının ərazisində eyni vəziyyət müşahidə edilir. Yolun hər iki tərəfindəki parklanmalar gediş-gəlişə ciddi maneə törədir.

“Nəzərə almaq lazımdır ki, dayanma-durmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsini saxlamaq qanunsuzdur və belə olan təqdirdə həmin sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin  346.1 maddəsinə uyğun olaraq, 20 manat məbləğində cərimə də nəzərdə tutulub”, – Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib.

Görünən odur ki, bəzən cərimələr belə nəticəyə təsir göstərmir. Bəs başqa nə etmək olar?

Nəqliyyat üzrə ekspert Elməddin Muradovun sözlərinə görə, problemli küçələrdə hərəkətin təşkili ilə bağlı müəyyən addımlar atılmalıdır. Bunun üçün yol polisi Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birlikdə əməkdaşlıq etməklə bu tipli yolları da nəzarətdə saxlamalıdır.

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, sözügedən məsələ araşdırılıb, ərazidə monitorinq aparılıb, dayanma-durma nişanının quraşdırılması müvafiq dövlət strukturu ilə razılaşdırılıb. Yaxın günlərdə problem müsbət həllini tapacaq.

Son xəbərlər

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Oxşar xəbərlər