Bakının Qaradağ rayonu, Puta qəsəbəsində kanalizasiya xətti yoxdur. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az ATV Show-ya istinadən xəbər verir.
Sözügedən ərazidə hər evin qarşısında daşdan hörülmüş kanalizasiya quyusu var, lakin heç bir evdə kanalizasiya sistemi yoxdur. Sakinlərin sözlərinə görə, bütün evlər su içindədir və hamı suyu bir birinin həyətinə tökür.
“Hələ indi qışdır, üfunət yoxdur, amma istilər düşən kimi ətrafı üfunət bürüyür. Antisanitariya vəziyyəti yaranır, ağcaqanadlar adamın gözünün içinə girir. Hamı öz hesabına maşın çağırır su çəkdirmək üçün. Bu da artıq xərcdir. Kanalizasiya olsa, hamı bilər ki, kommunal pulu ödəyir”, – deyə sakinlər şikayət edirlər.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının sözlərinə görə, ərazidə yeni şəbəkələr qurarkən orada evlərin sənədlərinin olub-olmaması məsələsi araşdırılmır. Amma harada ki mövcüd şəbəkə var və evin sənədləri qaydasında deyil, artıq həmin evlərin su və kanalizasiya şəbəkəsinə qoşulması həyata keçirilmir.