top
Qədim yurdumuz Zəngəzur-Danılmaz faktlar, tarixi həqiqətlər
25 sentyabr 2024, 04:13
- ↺ +

Qədim yurdumuz Zəngəzur-Danılmaz faktlar, tarixi həqiqətlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsindən sonra regiondakı geosiyasi vəziyyət dəyişdi.

İnsanoid.com xəbər verir ki, 9 noyabr tarixində imzalanan üçtərəfli Bəyannaməyə əsasən, Ermənistanın üzərinə bir sıra öhdəliklər qoyuldu ki, bunlardan biri də Naxçıvanla Azərbaycanın qərb rayonlarını quru yolu ilə birləşdirən Zəngəzur dəhlizinin çəkilməsi və istifadəyə verilməsi oldu. Amma Ermənistanın hərbi-siyasi elitası uzun müddət bu bəndi yerinə yetirməkdən boyun qaçırır, müxtəlif bəhanələr gətirirdi. Azərbaycan isə bineyi-qədimdən ərazisinin bir parçası olan, sonradan Sovet hakimiyyətinin ermənilərə peşkəş etdiyi ərazisindən sadəcə yol tələb edir. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində olan Zəngəzur 1920-ci ildə sovet işğalı ilə qurulan Azərbaycan SSR-in də tərkibində idi. Amma 1921-ci ilin 12 yanvar tarixində Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin siyasi və Təşkilat büroları Moskvanın təkidi ilə “Zəngəzur mahalının müsəlman hissəsinin inzibati cəhətdən təşkili” adlı qərar qəbul edir. Bu qərar nəticəsində mahal iki hissəyə bölünür. Qafan, Gorus, Mehri, Qarakilsə və digər ərazilər Azərbaycan qoparılaraq, Ermənistana verilir. Bu ərazinin sahəsi 4505 kvadrat kilometr idi. 1933-cü ildə Moskvanın qərarı ilə Zəngəzur adı ümumiyyətlə xəritələrdən silinir.

Amma ortada min illərə dayanan tarix və əlzyamalar, sənədlər mövcuddur. Bu tarixi silmək, üstündən keçmək isə heç bir halda mümkün deyil. Uzun illər Mada şahlığının, İskit krallığının və Atropatena dövlətinin tərkibində olan Zəngəzur mahalının bütün toponimləri qədim Azərbaycan türkcəsindədir. Bu gün ermənilər ərazini erməniləşdirməyə çalışsalar da, Sünik və Sisakan knyazlıqları da məhz Atropatena dövlətinin tərkibindəki ərazilərdir. Moisey Kalankatlının “Albaniya tarixi” əsərində də qeyd edilir ki, VII əsrin əvvəllərində müstəqil Sünik knyazlığı mövcud olub və əhalisi qədim türksoylu albanlardan ibarətdir.

Qədim ərəb mənbələrində bu ərazi Siəcan, digər mənbələrdə isə Sisakan, Sünik adlandırılıb. Sisakan toponimi isə bu ərazilərdə yaşayan qədim sak türk tayfalarının adı ilə əlaqəlidir. Kalankatlının “Albaniya tarixi” əsərində Zəngəzur mahalında yaşayan qarqarlar, xəzərlər, hunlar və digər türk tayfaları barədə məlumatlar var. Zəngəzur termininə isə bir toponim kimi XIV əsrə aid yazılı mənbələrdə rast gəlinir. Terminin etimologiyasına gəldikdə isə, ərəb ordularının Azərbaycana hücumu zamanı onların qarşısını kəsən, mübarizə aparan Zəngi türk tayfasının adı ilə bağlı olduğunu tədqiqatlar üzə çıxarıb. Bu tayfanın adı ilə bağlı regionda çoxsaylı toponimlər mövcuddur. Məsələn, Zəngan, Zəngilan, Zəngibasar, Zəngi çayı vəs. Hətta Osmanlı imperiyasının Bəyazid sancağı və Qacarlar dövlətinin Maku xanlığı ərazisindəki mənbələrdə də Zəngəzur toponiminə rast gəlmək mümkündür. Qeyd etmək yerinə düşər ki, Azərbaycanın ən qədim dastanlarından sayılan “Kitabi-Dədə Qorqud” dastanında da bəzi hadisələrin Zəngəzur mahalında cərəyan etdiyini görürük. Dastandakı bir sıra yer, tayfa, ərazi və insan adları hazırda da bu ərazidə mövcuddur. Məsələn Dondarlı, Qundanlı, Əkərək, Basat çayı, Qapıcıq dağı, Ağqaya, Əngəleyüz, Ulaşlı, İçağız, Daşağız mağarası, Qarağöl, Qarahun dərəsi, Xocik, Ağhasar, Ağbulaq, Qaraqaya, Qarasu, Qaraçay, Qara dərə, Ağdərə, Qarayer, Ağdüz vəs. adlara hələ də rast gəlmək mümkündür. Burada haşiyə çıxmaq lazımdır ki, “qara” qədim Azərbaycan türkcəsində hündür, uca, yüksək mənasını verir. Zəngəzur mahalı Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Nadir Şahın imperiyasının tərkibində olub.

Nadirin ölümündən sonra isə Zəngəzur mahalı Təbriz, Qaradağ və Naxçıvan xanlıqları arasında bölünüb. Bu barədə də tarixi mənbələrdə qeydlər var. Abasqulu Ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində xanlıqlar arasındakı çəkişmələrdən bəhs edilir, Qarabağ xanı Pənah xanın XVIII əsrin 50-ci illərində Qaradağa aid Mehri və Güney mahallarını, Naxçıvana aid Tatev və Sisyanı, Təbrizə aid Zəngəzur və Qafanı ələ keçirdiyi yazılır.

1805-ci il Kürəkçay müqaviləsi ilə Zəngəzur rusların himayəsinə keçir. 1823-cü ildə Çar Rusiyası tərəfindən tərtib edilmiş Qarabağ əyalətinin təsviri bu regiondakı yerli əhalinin etnik və dini tərkibi haqqında ətraflı məlumat verir. Məsələn, Sisyan mahalı məlik Tevqi tərəfindən idarə edilib və ümumilikdə 7 azərbaycanlı və 2 erməni kəndi olub. Ermənilər isə bu əraziyə Rus İmperializminin siyasəti nəticəsində köçürülüb. Çünki çarizm müsəlman-türklərin yaşadığı torpaqlara erməniləri köçürərək güclü sosial dayaq yaratmağa çalışırdılar.

XIX və XX əsrlər köçürmə siyasətinin həyata keçirildiyi dövr sayılır. Məsələn, sözügedən dövrdə İrandan köçürülən 8249 erməni ailəsindən 6946-ı bu ərazilərə yönləndirilib. Ermənilərə isə yerli ailələrin hesabına müxtəlif vergi güzəştləri və torpaq əraziləri pay verilib. Bu, Zəngəzurda ermənilər tərəfindən sakit şəkildə ekspansiya və yerli azərbaycanlıları sıxışdırma siyasəti idi. İş o həddə çatmışdı ki, 1918-ci ildə artıq regionda türk və müsəlman əhalinin sayı az qala yarı-yarıya idi. Yəni, 50.1 faizi azərbaycanlılar, 44.8 faizi isə ermənilər idi. Bu isə növbəti dövrdə azərbaycanlıların ərazidən zorla deportasiyasına, regionun erməniləşdirilməsinə xidmət edən siyasətin bir parçası idi…

Hikmət Həsənov

 

Son xəbərlər

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Oxşar xəbərlər