Bakı yollarında maşınların qarşısına çıxan qadın barəsində tədbir görülüb. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Sosial şəbəkələrdə qəribə geyimlər geyinərək avtomobil yollarına çıxan qadının videogörüntüləri yayılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, 62 yaşlı qadın saxlanılıb. O, psixi xəstə olduğu üçün qeydiyyatda olduğu dispanserə yerləşdirilib.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/02/sequence-015.mp4"][/video]