Qızılcaya yoluxanlarla təmasda olanlar karantinə alınırlar? Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
TƏBİB-dən məsələ ilə bağlı bildirilib ki, əlamətləri müşahidə edilməyənə qədər qızılca xəstəliyinə yoluxmuş şəxslərlə təmasda olmuş şəxslərin karantinə alınması qanunla nəzərdə tutulmayıb.
“Təmasda olan şəxs qeydiyyatda olduğu poliklinikanın və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ciddi nəzarətində saxlanılır", – deyə qurum qeyd edib.
Xəstəlik vərəqi isə ailə həkimləri və ya həkim-infeksionistlər tərəfindən verilə bilər.