Paytaxtın Xəzər rayonu, Qala qoruğunda ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü münasibətilə Qala qoruğunda zeytun tingləri əkilib.
Tədbirdə idarə əməkdaşları iştirak ediblər.