“Azərsu” ASC Xəzər rayonunun su təchizatı üçün xərclənəcək vəsaitin məbləğini açıqlayıb. Bu haqda 24 iyun tarixində Fed.az məlumat verib.
Adıçəkilən qurum “Protean Construction” ASC ilə 9.021.000 manatlıq müqavilə imzalayıb. Vəsait Qala və Mərdəkan qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə xərclənəcək.
"Protean Construction" MMC bundan əvvəl də "Azərsu" ASC-nin tenderini qazanıb.