Bakının Xəzər rayonu, Qala qəsəbəsində qanunsuz tikililər aşkarlanıb. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Aparılan monitorinqlər zamanı sözügedən ərazidə qanunsuz tikinti işlərinin aparıldığı məlum olub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar və qanunsuz tikililər sökülüb.