Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qaz olmayacaq. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
V.Quliyev küçəsində yerləşən qaz xəttindəki sızmanın aradan qaldırılması məqsədilə 27 fevral saat 10:00-dan etibarən V.Quliyev, F.Kərimzadə, Ə.Mehbalıyev, Z.Şərifov, R.Əlicanov, Y.Əliyev küçələrində 4000 istehlakçının qaz təchizatı dayandırılacaq.
Məhdudiyyət işlər bitənə qədər davam edəcək.