Qaradağ rayonu, Aşağı Güzdək qəsəbəsinin sakinləri şəraitsizlikdən şikayət edirlər. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Bildirilir ki, ərazidə təhsil ocağı yoxdur. Şagirdlər məktəbə getmək üçün 3-4 km məsafədə yerləşən qonşu qəsəbəyə getməli olurlar. Həmçinin qəsəbədə bağça da fəaliyyət göstərmir.
“Elə xırda kəndlərdə məktəb tikirlər ki. 2000 ailə yaşayır burada, amma məktəb, uşaq bağçası yoxdur. Ən azı 500-600 uşaq var burada”.
Bundan əlavə, qəsəbədə yolların da ürəkaçan olmaması insanların hərəkətini daha da çətinləşdirir.