Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yoxlamalar zamanı qanunsuz tikinti dayandırılıb. Bu haqda bu gün, 8 iyul tarixində Rayon İcra Hakimiyyəti məlumat verib.
Qəsəbə ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları ərazidə qanunsuz aparılan tikinti işləri dayandırılıb, tikililərin bəziləri sökülüb.
Ümumilikdə, həmin ərazidə 3 fərdi yaşayış evinin tikintisi dayandırılıb, 5 tamamlanmamış fərdi yaşayış evi, 1 qaraj, 1 maşın sexi tamamilə sökülüb. Hasara alınmış 6 sahədə söküntü işləri aparılaraq torpaq sahəsi boşaldılıb.