Qaradağ rayonunda reyd keçirilib. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
“Təmiz hava” aylığı ilə əlaqədar keçirilən yoxlamada sürücü və sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Qurum sürücülərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edib.