Bakının Qaradağ rayonu, Müşfiqabad və Ələt qəsəbələrində Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən qanunsuz tikintilərə qarşı monitorinq keçirilib. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az RİH-yə istinadən məlumat verir.
Yoxlamalar avqustun 4-də və 5-də aparılıb. Nəticədə Qara-dərə adlanan ərazidə qanunsuz aparılan tikinti işləri dayandırılıb, binaların müəyyən hissələri sökülüb.
Qeyd olunan ərazidə yaşayış evinin tikintisi dayandırılıb, tamamlanmamış fərdi yaşayış evi və qeyri-yaşayış obyekti tamamilə sökülüb. Həmçinin hasara alınmış sahədə söküntü işləri aparılaraq torpaq sahəsi boşaldılıb.
[caption id="attachment_108587" align="alignnone" width="640"]
Foto Qaradağ RİH[/caption]