Bakıda qardan sonra vəziyyət nə yerdədir? Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
15 yanvar tarixinə keçən gecə paytaxtda müşahidə olunan vəziyyətə əsasən, əsas avtomobil yollarında hərəkət üçün ciddi maneə yoxdur. Ancaq piyada səkiləri və məhəllədaxili yollarda əriməmiş qar problemlər yaradır.
Təmizlənməyən və mənfi temperatur səbəbindən qalan qar məhəlləyə daxil olan avtomobillər üçün çətinliklər yaradır. Həmçinin bəzi piyada səkiləri də təmizlənməyib və insanlar üçün ciddi təhlükə yaradır.
“Piyadaları düşünmürlər. Səhərdən axşama kimi nə qədər piyada yıxılır burada”, – deyə sakinlər şikayət edirlər.