top
Qida Təhlükəsizliyi Agentliyi dönərxanalara nəzarət edə bilmir? - İDDİA
11 oktyabr 2024, 06:30
- ↺ +

Qida Təhlükəsizliyi Agentliyi dönərxanalara nəzarət edə bilmir? - İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Azərbaycanda zəhərlənmə halları ilə bağlı aparılan qeydiyyat bərbad vəziyyətdədir. Zəhərlənmələrin qeydiyyat siyahısı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) saytında yerləşdirilir. Qida Təhlükəsizliyi Agentliyinin zəhərlənmələrə dair statistikası isə ümümdünya göstəricisindən 1400 dəfə az göstərilir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədrin sözlərinə görə, zəhərlənmə halları ilə bağlı dəqiq statistika verilmir:

"Belə çıxır ki, biz dünyanın ən xoşbəxt adamlarıyıq. Yəni zəhərlənən xalq deyilik. Halbuki, dünyada hər il 10 nəfərdən birinə zəhərlənmə diaqnozu qoyulur. Ümumdünya göstəricisinə gələndə orta hesabla Azərbaycanda bir milyon zəhərlənmə halı olmalıdır. Əgər dünyanın ən xoşbəxt xalqıyıqsa, onda gərək biz uzunömürlülər siyahısında olaq. Lakin Ümumdünya Səhiyyə Təşkilatının uzunömürlülər siyahısında Azərbaycan 1990 ölkə arasında 115-ci yerdədir. 115 ölkədən geri qalırıq”.

Sədrə görə, bu kimi hallar onu göstərir ki, ölkədə zəhərlənmə halları ilə bağlı qeydiyyat düzgün aparılmır və bu sahədə problemlər var:

"Qida Təhlükəsizliyi Agentliyi yaradılıb, lakin onlar vəziyyətə nəzarət edə bilmir. Azərbaycanda dönərxanalar böyük problemə çevrilir. Dönərdən zəhərlənmənin səbəbləri təkcə ət deyil, eyni zamanda orada sanitariyanın, gigiyenik vəziyyətin həddən artıq pis olmasıdır. Yararlılıq müddəti 5 saat olan mayonezlərin vaxtının keçməsi, bu gündən sabaha saxlanılan dönərlərin kiflənmiş olması və sairə də nəticəyə təsir edir”.

Sədrin fikrincə, belə hadisələrdə AQTA malın mənbəyini axtarmır:

"Dönərxanalar xammalı verən müəssisə AQTA-da reyestrə daxil olur. Guya xammal əladır. Bu məsələ neçə illərdir ki, davam edir. Yaxşı olar ki, hadisə araşdırılsın. Gizlədilmə faktlarına son qoyulmalıdır. AQTA-nın əsasnaməsinə dəyişiklik edilməlidir. Onlar tez və cəld yoxlama mexanizmlərinə malik olmalıdırlar. Təəssüf ki, bunlar yoxdur. Azərbaycanda mükəmməl istehlakçı siyasəti yox dərəcəsində olduğundan bu hallar baş verir”.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Oxşar xəbərlər