Dünya şöhrətli musiqiçi Alfredo Rodriguez Bakıda solo konsert verəcək. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Heydər Əliyev Mərkəzinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
“Qremmi” mükafatı laureatı Alfredo Rodriguez və onun qrupu dünya turu çərçivəsində Heydər Əliyev Mərkəzinin səhnəsinə çıxacaq. Konsert axşamında latin, pop, fank, timba, eləcə də tanqo və caz janrlarında musiqilər səsləndiriləcək.
Tədbir martın 3-də saat 20:00-da baş tutacaq. Biletləri şəhərin kassalarında və onlayn əldə etmək mümkündür. Qiymətlər 20-70 manat aralığında dəyişir.