Bakıdakı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yanvarın 18-i saat 19:00-da ustad dərsi keçiriləcək. Bu haqda bu gün, 14 yanvar tarixində Bakuplus.az məlumat verir.
Master-klas YARAT İncəsənət Məkanının təşkilatçılığı ilə hazırda əsərləri "METAKOD" sərgisində nümayiş olunan rəssam Leyli Ələkbərova tərəfindən keçiriləcək.
Dərs zamanı ilk növbədə iştirakçılar tekstil dizaynının incəliklərini öyrənəcəklər, daha sonra parçalardan istifadə edərək abstrakt kollajlar yaradacaqlar.
Qeydiyyat üçün: 050 251 41 15 (çərşənbə axşamı – bazar günü, 12:00-18:00). Tədbirə qatılan iştirakçılar COVID pasportunu təqdim etməlidirlər.