Sabunçu rayonu, Ramana qəsəbəsində tibb məntəqəsi bərbad vəziyyətdədir. Bu haqda bu gün, 30 aprel tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
21 saylı birləşmiş şəhər xəstəxanasının nəzdində olan tibb məntəqəsi hazırda 2 saylı uşaq poliklinikası kimi fəaliyyət göstərir. 2 mərtəbədən ibarət müəssisədə antisanitariya hökm sürür.
Belə ki, üfunət, təmirsiz otaqlar, uçmuş divarlar ürəkaçan vəziyyət yaratmır. Sakinlər xidmət və məntəqənin yerləşdiyi ərazidən çox razı olduqlarını, ancaq antisanitariyanın onları narahat etdiyini bildirirlər.
“Pilləkənlər oynayır, qorxuruq qalxmağa. Bu qədər camaata balaca məntəqə xidmət göstərir. Bir az böyütsələr, yaxşı olar”, – deyə sakinlər bildirirlər.
TƏBİB-nin departament rəhbəri Zamirə Ədilovanın sözlərinə görə, məntəqə ilə əlaqədar hazırda planlaşdırma və yerin seçilməsi işləri həyata keçirilir. Daha əvvəl seçilən yer əhali ilə aparılan məşvərət zamanı onlar tərəfindən məqbul hesab olunmayıb.