Respublika Narkoloji Mərkəzinin vəzifəli şəxsləri rüşvət üstündə tutulublar. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Respublika Narkoloji Mərkəzinin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev cinayət məsuliyyətinə cəlb olunublar.
E.Mustafayev ötən ilin aprel ayında qeyd edilən vəzifəyə təyin edildikdən sonra müavini Zamin Əliyevlə əlbir olaraq, mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul alıblar. Onlar quraşdırılmış gizli kamera vasitəsilə cinayət üstündə tutulublar.
Hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, onlar barəsində cinayət işi açılıb.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/03/sequence-041.mp4"][/video]