İçərişəhərdə yeni sərginin nümayişinə başlanılıb. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
“İçərişəhərim” adlı sərgidə qoruq sakinlərinin soy-kökündən gələn dəyərlər və onların tarixi göstərilib. 100-dən artıq eksponatlardan ən qədimi XVIII əsrə, ən müasiri isə XX əsrin ortalarına aiddir. Onların arasında qədim musiqi alətləri, nəfis aksesuarlar, dini əşyalar, sənədlər və fotolar var.
Tədbir Şirvanşahlar Sarayı Kompleksində 30 noyabr tarixinə qədər açıq olacaq. Giriş sərbəstdir.
[caption id="attachment_118431" align="alignnone" width="640"]
Foto Azərtac[/caption]