Bakının “Şərq Bazarı” ticərət mərkəzində Yeni il şənliyinə həsr olunan Böyük Hindistan Sərgisi keçiriləcək. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az məlumat verir.
Sərgi dekabrın 16-26-da baş tutacaq və hər gün saat 11:00-dan 21:00-a kimi davam edəcək.
Yarmarkada zərgərlik geyimləri, ev dekoru, orqanik maddələr, Hindistan çayı və düyüsü, mebel təqdim olunacaq.
Tədbirə giriş sərbəstdir.