Şərq Bazarında növbəti “Yoqa səhər yeməyi” keçiriləcək. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az ticarət mərkəzinə istinadən xəbər verir.
“Yoqa səhər yeməyi” yoqa ustası Ruçira tərəfindən keçiriləcək. Dovşan ilinə bədəniniz və ruhunuz üçün fundamental aktivliklə başlayın.
Tədbir 8 yanvar saat 08:00-11:00 arası təşkil olunacaq. Qeydiyyatdan keçmək üçün 050 594 61 94 nömrəsi ilə əlaqə saxlamaq lazımdır. İştirak sərbəstdir.