Şərq Bazarında Hindistan sərgisi baş tutacaq. Bu haqda bu gün, 3 dekabr tarixində Bakuplus.az “citylife_events” İnstagram səhifəsinə istinadən xəbər verir.
Yeni il bayramı ilə əlaqədar “Şərq Bazarı” ticarət mərkəzində Hindistan məhsulları olan paltarlar, aksesuarlar, ev əşyaları və orqanik məhsullar təklif olunacaq.
Tədbir 16-26 dekabr tarixləri arasında hər gün saat 11:00-dan 20:00-a qədər keçiriləcək. Ünvan: Xətai prospekti, 15.