“Şərq bazarı”nda Yeni il yarmarkası keçiriləcək. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az “Handicraft Baku”ya istinadən xəbər verir.
“Last Call” adlanan yarmarkada müxtəlif əl işləri olan məhsullar almaq və onu xüsusi guşədə bağlatdırmaq mümkün olacaq.
Tədbir 30 dekabr saat 14:00-21:00 arası keçiriləcək. Ünvan: Xətai prospekti, 15.