“Şərq bazarı”nda əlilliyi olan şəxslərə dəstək məqsədilə festival təşkil olunacaq. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Sosial Xidmətlər Agentliyinə istinadən xəbər verir.
Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr olunmuş festival çərçivəsində, həmçinin əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası keçiriləcək.
Tədbir 2 dekabr saat 11:00-17:00 arası baş tutacaq. Giriş sərbəstdir.